Moskvada bank binasını ələ keçirən erməni sahibkar təslim olub-VİDEO

0
781

“Sitibank”ın Moskvanın Bolşaya Nikitinskaya küçəsində yerləşən şöbəsində 4 nəfəri girov götürən və özünü partladacağı ilə hədələyən şəxs təslim olub.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü vəziyyətlə tanış olan mənbəyə istinadən “İnterfax” məlumat yayıb.

Agentlik həmsöhbətinin məlumatına görə, kişi saxta partlayıcı qurğunu polisə verib və ona qarşı yumşaq davranmalarını xahiş edib.2e3a12a5-ec84-4f63-9980-85af585d1122

Çərşənbə günü axşam “Sitibank”ın şöbəsinə üzərinə naqillər olan qutu bərkidilmiş kişi daxil olub. O özünü partladacağı ilə hədələyib. Həmin zaman bankda 4 nəfər olub. Daha sonra kişi bütün girovları azad edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bank şöbəsini 55 yaşlı müflis olmuş erməni sahibkar Aram Petrosyan ələ keçirib. Onun biznesi ilə bağlı problemləri və müvafiq olaraq borcu yaranıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin