“Monella” şirkəti 20 min manat cərimələnib

0
339

Dövlət Əmək Müfəttişliyi Xidməti “Monella” MMC barədə inzibati protokol tərtib edib.

“Report” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Monella” MMC Bakıda şəhərdaxili sərnişin daşıyan şirkətdir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin