“Molde” – “Qarabağ” oyununa satılan bilet sayı müəyyənləşdi

0
240

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Molde” – “Qarabağ” oyununa satılan bilet sayı bəlli olub.

RealMedia.az xəbər verir ki, “Aker” stadionunda baş tutacaq qarşılaşmaya 5 214 bilet satılıb.

11 200 tamaşaçı tutumuna malik arenada tribunaların yarısının boş qalması gözlənilir. Matçda azsaylı azərbaycanlı azarkeşlər də “Qarabağ”a dəstək verəcəklər.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda “Qarabağ” və “Molde” hərəyə 6 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin