Milli Şuranın vahid namizədi Mehman Əliyev olacaq? – AÇIQLAMA

0
758

Xəbər verdiyimiz kimi gələn il Azərbaycan Respublikasının Prezidenti postuna növbəti seçki keçiriləcək.

Artıq bir neçə şəxs seçkilərdə öz namizədliyini irəli sürəcəyini açıqlayıb. Bəzi şəxslər də var ki, cəmiyyət tərəfindən onların seçkilərdə iştirak etməsi təklif olunur. Həmin şəxslərdən biri də Turan İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Mehman Əliyevdir.

Maraqlıdır, Mehman Əliyev özü bu barədə necə düşünür, 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəkmi?

A24.az bu sualla M. Əliyevin özünə müraciət edib. O bildirib ki, belə bir fikri yoxdur:

“Bilirsiniz ki, 30 ildir jurnalist kimi fəaliyyət göstərirəm. Bu sahədə əsas məqsədim Azərbaycanda azad, məsuliyyətli jurnalistika institutunun bərqərar olması olub. Əslində yaradıcılığım, ictimai fəaliyyətim buna həsr olunmuşdu. Başqa məsələlərə – vətəndaş cəmiyyətinin formalaşmasına, korrupsiyaya qarşı mübarizəyə dəstək vermişəm. Özümü hər zaman jurnalistika sahəsində görmüşəm. Ola bilər ki, kimlərsə məni seçkilərdə namizəd, siyasi lider kimi görsün. Amma bu haqda heç vaxt düşünməmişəm”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin