Mikayıl Cabbarov: “Azərbaycanın qeyri-neft ixracının həcmi 1,9 mlrd. dolları ötüb”

0
597

“2019-cu il Azərbaycan iqtisadiyyatında yeni islahatlar dalğasının başlanması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, əhalinin rifah səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi istqamətində genişmiqyaslı tədbirlərin görülməsi ilə müşayiət olunub”.

RealMedia.az xəbər verir ki, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Ötən il ölkə Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qeyri-neft özəl sektorun təşviqi və qeyri-neft ixracının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində çoxşaxəli islahatların həyata keçirilməsi davam etdirilib.

2019-cu ildə Azərbaycanda ÜDM-in real artımı 2,2%, qeyri-neft sektorunda isə 3,5% təşkil edib”.

Onun sözlərinə görə, qeyri-neft sektorunda sənaye istehsalı 13,9% artıb, qeyri-neft ixracının həcmi 1,9 mlrd. ABŞ dollarını ötüb:

“Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5% təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2%-dən 2019-cu ildə 69,7%-ə yüksəlib. Qeyri-neft sektorundan gələn gəlirin əsas hissəsi xarici bazarların payına düşüb”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin