MHP lideri NATO-nu tərk etmək mesajı verdi:”Baş verən hadisə izahı olmayan rəzillikdir”

0
659

“NATO-dan əvvəl biz var idik. Bu təşkilatın tərkibində olmasaq, dünyanın sonu olmaz”.

Bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

NATO təlimində Atatürklə Ərdoğanın düşmən qiyafəsindəki fotolarının atəş hədəfinə qoyulmasına sərt etiraz edən MHP lideri deyib ki, baş verən hadisə izahı olmayan rəzillikdir: “Üzr istəməklə bu rəzilliyi aradan qaldırmaq mümkün deyil. “Ya hər şey, ya da heç nə”nin artıq sərhədinə yaxınlaşmışıq. NATO yoxkən, biz vardıq, gərəkirsə, biz bu qurumda olmaya bilərik. Belə də dünyanın sonu olmaz”.

Strateq.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin