Mehriban Əliyevanın Rusiya səfəri başa çatdı – rəylər

0
104

Birinci vitse-prezident Rusiya mediasına danışdı, səfərin nəticələrini yüksək qiymətləndirdi

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın 21-24 noyabrda gerçəkləşən Rusiya səfəri dünyanın diqqətini çəkdi. Rusiyada prezident Vladimir Putindən tutmuş digər nüfuzlu dairələr, o cümlədən rəsmi şəxslərlə görüş keçirən Mehriban Əliyevanın bu görüşlərinin diqqət çəkməsinin xeyli səbəbləri var. Bu, Azərbaycanın birinci vitse-prezidentinin indiki statusunda Rusiyaya ilk rəsmi səfəri idi və situasiyanın diqqət çəkən özəlliyi də bundadır.

M.Əliyevanın Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevlə dövlətlərarası danışıqlar apardığı və görüşlərdə iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyi bildirilir. Çox səmimi bir atmosferdə baş tutan danışıqların təbiəti və tərzi, Moskvanın Azərbaycanın birinci xanımına, eyni zamanda respublikada yüksək vəzifə tutan şəxsə münasibətinin nümayişi kimi qiymətləndirilir.

Ölkəmiz üçün bütün sahələrdə, xüsusilə iqtisadi, siyasi, tranzit, nəqliyyat və s. kimi sferalarda böyük perspektivlər vəd edən bu səfərin nəticələrinin Rusiyada yaşayan üç milyona yaxın azərbaycanlı üçün də yeni    səhifələr   açacağı gözlənilir. Moskvada yaşayan azərbaycanlıların bu səfərin nəticələrindən böyük gözləntiləri var. Bu səfərin həm də Rusiyada Azərbaycan diasporunun inkişafına böyük  təkan verəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, birinci vitse-prezident Mehriban Əliyeva Rusiyada TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana, “Rossiyskaya qazeta” və “Rossiya-24″ telekanalına müsahibə verib.

AzərTAc-ın məlumatına görə, Mehriban Əliyeva müsahibələrində səfərinin yekunları barədə danışıb.

mehriban aliyeva putin ile ilgili görsel sonucu

M.Əliyeva bildirib ki, ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır: “Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.

Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir.

Qeyd etdiyim kimi, Azərbaycanla Rusiyanı qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır, ölkələrimiz dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Siz qeyd etdiyiniz kimi, mənim səfərim dolğun, maraqlı oldu. Əlbəttə, ilk növbədə, Rusiya Federasiyasının prezidenti, hörmətli Vladimir Vladimiroviç Putinlə görüşümü qeyd etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərin bir çox aspektlərini müzakirə etmək üçün gözəl fürsət idi. Bu görüş zamanı Rusiya Federasiyasının Prezidenti mənə “Dostluq” ordenini təqdim etdi. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var.

mehriban aliyeva putin ile ilgili görsel sonucu

Rusiya-Azərbaycan münasibətləri çox geniş spektri əhatə edir. Buraya iqtisadi blok, humanitar sahədə qarşılıqlı fəaliyyət daxildir. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. İqtisadi sahəyə, bu sahədə qarşılıqlı əlaqələrə nəzər salsaq, burada uğurlu qarşılıqlı fəaliyyət artıq öz bəhrələrini verir. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin durmadan artması müşahidə olunur. Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19 faiz artaraq 2,6 milyard dollara bərabər olub. Cari ilin doqquz ayı ərzində bu göstəricinin artıq 26 faizə çatması müşahidə olunur, qarşılıqlı sərmayə qoyuluşu göstəriciləri də yaxşıdır. Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollardır. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb. Çox sevindirici haldır ki, son vaxtlar neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə bərabər, qeyri-neft sektorunda, maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir.

Mixail Qusmana, “Rossiyskaya qazeta” və “Rossiya-24" telekanalına müsahibə verib. ile ilgili görsel sonucu

Konkret nümunələr kimi “SOCAR Polymer” müəssisəsinin, “Azərikimya” müəssisələrinin modernləşdirilməsi, “KamAZ” yük avtomobillərinin yığılması və istehsalı, “P-Farm” dərman preparatları zavodunun birinci növbəsinin tikintisini göstərə bilərəm. Tranzit-nəqliyyat sistemi bizim qarşılıqlı fəaliyyətdə çox mühüm və perspektivli istiqamətdir. Burada Qərbi Avropa bazarlarını asiyalı istehlakçılarla birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması ən mühüm müştərək layihələrdən biridir. Bu layihənin reallaşdırılması başlayandan bəri ötən il uzunluğu yeddi min kilometrdən çox olan bu marşrut üzrə yükdaşımaların həcmi səkkiz dəfə, cari ilin altı ayı ərzində isə 60 faiz artıb. Gələn il həmin layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərindən birgə tikilən körpünün inşası başa çatacaq və o, istifadəyə veriləcək…”.

Etibar SEYİDAĞA,
“YM”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin