“Medianı bu hala salan baş redaktorlar, məmurlar, vəzifəlilərlə neynəyəcəksiniz?!” – XANIM JURNALİST RƏSMİLƏRƏ SƏSLƏNDİ

0
312

Araşdırmaçı jurnalist Jalə Mütəllimova özünün “Facebook” səhifəsində jurnalistlərin binasında yoxlama başlaması ilə bağlı xəbərlərə reaksiya verib. Jurnalistin statusunu olduğu kimi dərc edirik:
“Əminəm, o hesabat artıq hazırdır. Yəni ki, uzundərəyə, auditə və sairə ehtiyac yoxdur axı. Yenəmi pul saymağa zaman xərcləyəcəksiniz? KIVDF hara, nə qədər xərclədi, kim nə qədər yedi? Bu sualların zatən zamanı keçib. Onu onda, pullar yeyiləndə, müsabiqələrdə eyni adamlar qalib olanda, dik demək olardı. Ya da deyənləri çağırıb dinləmək olardı.
Məsələn, keçən ilin iyulunda, Prezident bir milyon mükafat fondu ayıranda və o vəsait heç kimə təqdim olunmayanda, doğurdanmı bunu kimsə görmədi? Açığı bu mövzuda səmimiyyətə inanmıram. Amma və lakin suallarım var. Əziz dostlar və qardaşlar, media islahatı yetkililəri, küçə mediasıyla neynəyəcəksiniz? Kompromat mediasıyla neynəyəcəkdiniz? Reket mediasını neynəyəcəksiniz? Ordenli-medallı, titullu, amma bu çağacan bir çömçəyə qulp olmayan medianı neynəyəcəksiniz? Məmur mediasıyla neynəyəcəksiniz? İrana, Rusiyaya, Amerikaya işləyən, vətən satan mediayla neynəyəcəksiniz? Və medianı bu hala salan baş redaktorlar, məmurlar, vəzifəlilərlə neynəyəcəksiniz? İncidilən, işsiz və peşəkar media adamlarıyla neynəyəcəksiniz? Yoxsa ki, KIVDF nə qədər pul yeyib? Nə qədər ev satıb? Nə qədər fırıldaq eləyib? Axı hamısının cavabını lap evvəldən elə əksəriyyətiniz bilirdiniz. Bacı qızı, qardaş oğlu, kürəkən, oğul, quda, guya bunlar sirmi idi, indi araşdırılır?!..”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin