“Media və cəmiyyət həyəcan təbili çalmalıdır”

0
670
Son aylar dünya mediasında bəzi internet oyunlarının uşaqları intihara təhrik etməsiylə bağlı xəbərlər yer almaqdadır. Hansı ki, bu oyunların bəzisinin Azərbaycandada yayılmaqda olduğu iddia edilir.
Güc orqanları və digər əlaqədar qurumlar Azərbaycan ərazisində bu oyunlardan istifadənin yasaqlanması, hüquqi –texniki baxımdan əngəllənməsiylə bağlı hansısa addımlar atmalıdırmı?
Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov qabaqlayıcı addımlar atmağın zəruri olduğunu vurğulayıb:
“Təbii ki, önləyici addımların atılması vacibdir. Mən Azərbaycanla bağlı statistikanı bilmirəm. Lakin rus mətbuatı Rusiyadakı durumla bağlı narahatverici statistika ortaya qoyub. Rusiyada bəzi internet oyunları səbəbiylə intihar hallarının baş verdiyi bildirilir.
Bu məsələylə bağlı Azərbaycanda parlament və hüquq-mühafizə orqanlarının birgə iş aparmasına ehtiyyac var. Məlum məsələylə əlaqədar cəmiyyət və mediyanın da həyəcan təbili çalması vacibdir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin