“Media reyesterinin yaradılması jurnalistlərin azadlığını məhdudlaşdıracaq” – Ələsgər Məmmədli

0
674

“Yeni media qanunu fevral ayında qüvvəyə minib. Yeni qanuna əsasən bir çox aspekt var ki, medianın daha azad müstəqil fəaliyyət göstərməsinə maneələr yaradır. Bunlardan biri də jurnalist reyesterinin yaradılmasıdır. Həmin reyesterdə şərtlər çox sərtdir. Bildiyiniz kimi, media reyesterinin yaradılması Prezident fevral ayının 8-də qanun imzalayaraq bildirib ki, 6 ay içində yaradılsın. 8 ay keçdi və reyester yaradıldı”.

RealMedia.az xəbər verir ki, bunu Sonxeber.az-a olan açıqlamasında media eksperti Ələsgər Məmmədli deyib.

O bildirib ki, reyesterdə artıq 5 fərqli pəncərə olacaq.

“Bunlara audio vizual media, çap mediası ,onlayn media, informasiya agentlikləri və jurnalist reyesteri nəzərdə tutulur. Jurnalist reyesterinin şərtləri daha ağırdır, çünki qanun hələ keçən ilin dekabrın 30-u qəbul olunub. Jurnalist anlayışını xeyli məhdudlaşdırıb. Jurnalist fəaliyyətini yalnız gəlir gətirən fəaliyyət kimi nəzərdə tutub və bunu 2 halda qeyd etmək mümkündür. Ya vergi ödəyicisi oıub VÖEN-i ödəyicisi olan jurnalistlər mülki müqavilə ilə fəaliyyəti , yaxud da əmək müqaviləsi ilə fəaliyyəti. İndiki halda reyestere media subyekti olaraq reyesterde qeydə alınmış media subyekti ilə kantankda olmalıdır. Yəni onun əmək müqaviləsi ilə işçisi olmalıdır, ya da mülki müqavilə ilə ortağı olmalıdır. Bunlardan hər hansı biri yoxdursa, jurnalist heç bir halda reyestere alına bilməz. Digər şərt isə jurnalistin ali təhsilli olması və 3 il eyni sahə üzrə staja sahib olmasıdır. Bu da çox ciddi məhdudiyyətdir, çünki Azərbaycanda jurnalistika fakültəsini bitirən hər kəs jurnalist peşəsinə yiyələnmiş olur. Amma indiki qanuna görə 3 il hansısa formada stajı əldə etməsini tələb edir. Başqa məhdudiyyət odur ki, jurnalistlər hökmən müqavilə ilə işləməlidir . Ayrıca media reyesterindən çıxarılma şərtləri də çox ağırdır. Jurnalist etikasına zidd hansısa pozuntu varsa, o reyesterdən çıxarıla bilir. Hazırda isə jurnalistlərin böyük əksəriyyəti jurnalist etikasını qoruya bilmir. Məsələn media bir tərəfli informasiya verir, qarşı tərəfin mövqeyini vermir. Bunlar hamısı etik pozuntudur. Bu siyahıya etik pozuntu edənlər düşür. İl ərzində 3 dəfə belə səhv edən jurnalistlər reyesterdən çıxarılacaq. Bu aspektdən baxsaq , media reyesterinin yaradılması jurnalistlərin azadlığını məhdudlaşdıracaq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin