Mayda 848 min, indi isə 388 minlik tender uddu – İcra Hakimiyyəti müqavilə bağladı

0
77

Qəbələ Rayon İcra Hakimiyyəti növbəti tenderə yekun vurub.

RealMedia.az “Yenisabah.az”-a istinadla xəbər verir ki, bu dəfə də tenderin qalibi “Qəbələ İnşaat” MMC olub. İcra hakimiyyəti ilə MMC arasında bağlanan və maliyyə dəyəri 388 085.72 AZN olan müaaviləyə əsasən şirkət yolların əsaslı təmirini həyata keçirməlidir.

Bu ilin may ayında isə tərəflər arasında maliyyə dəyəri 848 837.96 AZN təşkil edən 3 müqavilə imzalayıb. Müqavilələrdə yolların, Mənzil Fonduna daxil olan binaların, küçə, səki, park və xiyabanların əsaslı təmiri nəzərdə tutulub.

Ümumiyyətlə, Qəbələ Rayon İcra Hakimiyyətinin tenderlərində əsasən “Qəbələ İnşaat” MMC qalib olur. 2018-cu ildə yaranan şirkət 2019-cu ildə, yəni yarandığı 1 ildə icra hakimiyyətinin elan etdiyi ümumi məbləği 112 min manat təşkil edən 4 tenderin qalibi olub. Tenderlər və məbləğlərini təqdim edirik:

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal-materialların alınması) – 10490 AZN.

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması – 12973 AZN.

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal-materialların alınması) – 39 832 AZN.

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması – 48194.5 AZN.

Sözügedən MMC-nin Qəbələ Rayon İcra Hakimiyyətinin tenderlərinin qalibi olması təsadüfi deyil. Məsələ burasındadır ki, 200 AZN nizamnamə kapitalı olan bu şirkətin qanuni təmsilçisi Babayev Cavid Füzuli oğlu məmur qardaşıdır. Onun qardaşı Ceyhun Babayev Fövqəlada Hallar Nazirliyinin (FHN) Şimal Qərb Regional Mərkəzinin rəis müavinidir. O, eyni zamanda Qəbələnin icra başçısı Səbuhi Abdullayevin yaxın dostudur. Ceyhun Babayevlə Səbuhi Abdullayev arasındakı dostluğun əsası icra başçısı FHN-də işləyərəkən qoyulub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin