Namizəd qara maska geyinib MSK-ya getdi
31 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd olmuş blogger Mehman Hüseynov bu gün qara maska geyinərək MSK-ya gedib…
Bu haqda o sosial şəbəkədə paylaşım edərək sarkazmla yazıb:
“Səhər tezdən durdum geyinib keçinib, maskamı taxıb getdim MSK nın qarşısına. MSK nın qarşısında bir kruq maskaynan fırlandım. Bir də gördüm ki, muhafizəçilər qaçıblar giriblər binaya, qapıları kilidləyiblər. Polislər ərazidən uzaqlaşıblar. Son məlumata görə, Məzahir Pənahovun şəkəri qalxıb, təcili tibbi yardım çağrıblar…”(yeni sabah)