Manafın “Evdəqal” bekarcılığı: Villasını və “inomarka”sını reklam etdi

0
351

Oxucularımızın yadına gələr 2009-cu ildə ATV telekanalında nümayiş olunan “Nömrə-1” layihəsində “Toylar kralı” tituluna layiq görülən məşhur müğənni Manaf Ağayev elə o vaxtdan həyatını krallar kimi yaşamaqda davam edir. Yerli şou-biznesin ən zəngin simalarından hesab edilən Manaf Ağayev 2012-ci ildə saray kimi bağ evinin qapılarını “Buğlama” komediya serialının aktyor və çəkiliş heyətinin üzünə açdı və tamaşacılar onun dəbdəbəli yaşam tərzi ilə yaxından tanış oldular. Yadınızdadırsa, 2013-cü ildə müğənni dəyəri 2 milyon manat olan bağ evi tikdirirdi.

nətçi hətta bu haqda açıqlamasında dedi ki, yaxşı mənzildə, dəbdəbəli evdə yaşamağı sevırəm: “Bu sirrimi heç yaxın qohumlarım da bilmir. Mən ev sevən insanam. Nəyim var, satıb mənzilə xərcləyərəm. Bəzi həmkarlarım var ki, ikiotaqlı mənzildə yaşayırlar, amma başqa biznes qururlar. Məsələn Samir Piriyev deyir ki, heç vaxt belə villa tikdirmərəm. Amma pulunu başqa işlərə sərf edir. İndi özümə gözəl bir bağ evi tikdirirəm. Villanın dəyəri 2 milyon manatdır”.

Son günlər sosial şəbəkədə aktivlik göstərən Manaf paylaşımı ilə diqqət çəkib. Belə ki, müğənni dəbdəbəli bağının və bahalı maşınının qarşısında şəkil çəkdirərək paylaşıb.

Fotodan görünən avtomobilin “BMW i8” markalı olduğu ehtimal edilir. Bu model maşınlar isə son texnologiya ilə hazırlandığı üçün çox bahalıdır. Manaf yazılacaq rəyləri nəzərə alaraq rəy bölümünü bağlayıb.

Qeyd: bizə elə gəlir ki, bu villa 2013-cü ildə təməli qoyulan həmin o 2 milyonluq villadır. Xeyirlisi!

Əntiqə Rəşid, Adalet.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin