Mahsun Kırmızıgülün Bakı konsertində duyğulu anlar – VİDEO

0
174

Məşhur müğənni Mahsun Kırmızıgül 17 il sonra azərbaycanlı pərəstişkarları qarşısında çıxış edib.

BAKU.WS xəbər verir ki, Bakı Konqres Mərkəzində reallaşan konsert zamanı duyğulu anlar yaşanıb.

Belə ki, səhnədə olan böyük monitorda Vətən müharibəsi şəhidi Anar İsrafilovun Mahsunun sevilən ifalarından olan “Annem-annem” adlı mahnısını səsləndirdiyi görüntülər yer alıb.

Mahsun şəhidin atasını səhnəyə dəvət edib. O, Anarın övladları ilə birlikdə səhnəyə çıxaraq oğlunun Mahsunun ifalarını çox sevdiyini və hər zaman ifa etdiyini deyib.

Sənətçi Anar İsrafilovun övladlarının təhsil xərclərini öz üzərinə götürdüyünü deyib.

Xatırladaq ki, Anar İsrafilov 1990-cı ildə dünyaya gəlib. O, 2020-ci ildə oktyabrın 26-da Ağdərə istiqamətində şəhid olub.

Ətraflı videoda:

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin