Mahnı oxumağın faydaları: Kəkələmə, stres və hətta…

0
1278
Amerikalı həkimlər iddia edirlər ki, mahnı oxumaq insan orqanizminə çox yaxşı təsir edir.
Alimlər bir neçə klinikada xəstələrin arasında eksperiment aparıblar.Xəstələrə tez-tez mahnı oxumaq təklif ediblər.
Eksperimentin nəticəsində məlum oldu ki, oxuma xəstələrdə ağrıların azalmasına, orqanizmin bərpa olunmasına yaxşı kömək edir.
Həkimlər izah edirlər ki, oxuma zamanı insan orqanizmi oksigenlə zənginləşir və nəticədə ürək,  ağ ciyərlər və beyin daha yaxşı işləməyə başlayır, insanda əzələ tonusu yaxşılaşır.
Ekspertlər bildirirlər ki, oxuma köməyi ilə kəkələmə, stres və hətta artıq çəkidən də azad olmaq mümkündür.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin