Məşhur türk serialından jest- “Bordo bərəlilər” “Qarabağ” şüarı ilə..-FOTOLAR

0
819
ürkiyənin hazırda ən yüksək reytinqə sahib olan seriallarından biri Fox Tv-də yayımlanan və “Limon” Productiona məxsus olan “Savaşçı”nın 22-ci bölümündə Azərbaycan dövlətinə və dövlətin rəmzi olan bayrağa sevgi izləyicilərdə məmnunluq yaradıb.
Seriyada Azərbaycan və Türkiyənin ortaq layihəsinə mane olmaq istəyən terror təşkilatı 6 azərbaycanlı mühəndisi əsir götürür. Türkiyədəki Azərbaycan nümayəndəliyi əsir götürülən bölgəni daha yaxşı tanıdıqları, orada xüsusi əməliyyatları bundan əvvəl də apardıqları üçün Türkiyə xüsusi təyinatlılarının da bu əməliyyatda iştirakını istəyirlər. “Qılınc” qrupu (Kılıç timi) bu əməliyyat üçün hazırlanır. “Bordo bərəlilər” Azərbaycan bayrağı olan qol nişanlarını-şevronları taxaraq  terrorçulara qarşı çətin əməliyyata yollanır.
Həmin əməliyyat və onun gedişi artıq gələn seriyada nümayiş etdiriləcək.
Növbəti, 23-cü seriyada isə Azərbaycan adına daha bir böyük jest edilib. Bunun seriyanın anonsunda da anlamaq olar. Anonsdan ətraflı məlumat almaq mümkün olmasa da, xüsusi təyinatlıların polkovnikinin (Albay İbrahimxəlil Qopuz) Azərbaycanın Qarabağ problemindən danışması, iki dövlət bir millət ifadəsini işlətməsi fonunda “bordo-bərəlilərin” əlində Azərbaycan bayrağı və Qarabağ şüarı tutması çox təsiredicidir.
“Savaşçı”nın bazar günü yayımlanacaq 23-cü seriyasında bu gözəl kadrları daha ətraflı izləyə bilərsiniz.
Elmin Nuri
 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin