Məşhur professordan çörəklə bağlı İNANILMAZ AÇIQLAMA: “Narkotik maddə kimi…”

0
83

Daxili xəstəliklər üzrə mütəxəssis və kardioloq Canan Karatay bildirib ki, təbii şəraitdə yetişdirilən heyvan əti, yumurta və kəllə-paça xolesterini yüksəltmir, qaraciyəri yağlandırmır və kökəltmir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış professor “Karatay mətbəxi və sağlam qidalanma” kitabındakı nümunələrin Şərq, Cənub-Şərq, Egey, Qara dəniz və Balkan mətbəxlərinə aid olduğunu bildirib:

“Bu bölgələrin mətbəxlərinin tərkibində heç bir rəfinə edilmiş qidalar və yağlar yoxdur. Şəfa sağlamlıq mənbəyidir. Qaraciyər yağlanmasının qarşısını alır. İmmuniteti gücləndirir. Bağırsaq florasını tənzimləyir. Təbii kənd yağı vitaminlərin mənbəyidir. Təbii kərə yağı yer üzündə ən sağlam qidadır. Təbii yağlar rəfinə edilmədiyi halda tərkibindəki A, D və E vitaminləri yaddaşı, əzələləri və bədəni gücləndirir, ömrü uzadır. Dünyadakı qida dəyəri ən güclü olan məhsullardan biri də kənd yumurtasıdır.

Qaraciyər yağlanması altsheymer, şəkər və ürək xəstəlikləri, insult və xərçəng kimi xəstəliklərə, eyni zamanda autizmə səbəb ola bilər. Arıq insanların da qaraciyəri yağlanır. Arıqlıq sağlam olmaq demək deyil”.

Enerji içkilərinin zərərli olduğuna diqqət çəkən Karatay onların fəsadlarından da danışıb: “Enerji içkiləri gənclərimizi zəhərləyir. İdmançılarımızın ölümünə səbəb olur. Bir qutu enerji içkisindəki süni şəkər infarktın başlıca səbəbidir”.

Açıqlamasında bəzi qida maddələrinin zərərinə toxunan kardioloq çörəyin narkotik kimi asılılıq yaratdığını qeyd edib: “Çörək beyni uyuşdurur, başı keyidir, narkotik maddə kimi asılılıq yaradır. Mən sex çörəklərindən danışıram. Lahmacun yediyim üçün şəklimi çəkdirlər, sosial şəbəklərdə yaydılar, qiyamət qopdu. Lahmacun çörək deyil.

Meyvələr də qan şəkərinin səviyyəsini artırır. Çünki meyvədəki fruktoza və vurulan dərmanlar çox təhlükəlidir, bunlar qaraciyər yağlanmasına səbəb olur. Təbii yağlar, qırmızı ət, zeytun yağı bədənə və qana əlavə yağ kimi keçmir. Ayrılır və turşu olaraq lazımlı yerlərə ötürülür. İnsan orqanizmi hər gün 3 qram xolesterin ifraz edir. Həyatımız, həzm sistemimiz, beynimiz, gözlərimiz ondan asılıdır, hətta beyində xolesterin ifraz edən hüceyrələr var”.

Aytən Məftun

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin