Məşhur cütlüyün oğlu səhvən qətlə yetirildi – FOTO

0
199

İstanbulun Şişli məhəlləsində məşhur şərab istehsalçısı olan firmanın sahiblərinin 17 yaşlı oğlu Emre Tayler Mays bıçaqlanaraq öldürülüb.

Hadisə Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının qarşısında qeydə alınıb. İddiaya görə, dünyaca məşhur şərabları idxal edən bir şirkətin sahibi Figen və Randolp Uard Maysın iki oğlu naməlum səbəbdən dalaşıblar.

Qardaşı Emre Tayler Mays tərəfindən döyülərək təcili yardımla Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Lisey şagirdi Emre Tayler Mays təcili yardımla xəstəxanaya qaldırılarkən davada yaralanan qohumlarını görmək üçün xəstəxanaya gələn Akın Kutlu tərəfindən bıçaqlanıb.

Kutlu Emreni yaxınlarını bıçaqlayan şəxsə bənzədibmiş. Xəstəxanadakı bütün müdaxilələrə baxmayaraq Emrenin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qaçan Akın Kutlu, polis tərəfindən qısa müddət sonra, cinayətdə istifadə etdiyi bıçaqla tutularaq həbs olunub. (oxu)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin