Məşhur argentinalı futbolçu xəstəxanaya yerləşdirilib

0
645

Futbol üzrə Argentina milli yığmasının hücumçusu Serxio Aquero Krasnodarda Argentina ilə Nigeriya komandaları arasında keçirilən yoldaşlıq oyunu zamanı huşunu itirib.

Hadisə “Krasnodar” şəhər stadionunun soyunub-geyinmə otağında baş verib. Birinci hissədə qol vuran hücumçu özünü pis hiss etdiyindən ikinci hissədə başqası ilə əvəzlənib.

Futbolçu Krasnodarın xəstəxanalarından birinə çatdırılıb və ona lazımı tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşıb.

Qeyd edək ki, yoldaşlıq oyunu Nigeriyanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin