Məsciddə DƏHŞƏTLİ TERROR: ölənlərin sayı 305-ə çatdı – QORXUNC DETAL (YENİLƏNDİ) – FOTO/VİDEO

0
796

Misirin Sinay yarımadasında məscidi hədəf alan terror hücumunda ölənlərin sayı 305-ə yüksəlib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkə hakimiyyətindən bildirilib.

Ölənlərdən 27-si uşaqdır. Misir rəsmiləri terror hücumunun İŞİD bayraqları daşıyan 25-30 nəfərlik qrup tərəfindən həyata keçirildiyini açıqlayib.

***

Misir hava güclərinə məxsus pilotsuz təyyarələr Sinay yarımadasında məsciddə terror aktına cəlb olunmuş 15 terrorçunu məhv edib.

Bu haqda təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən “Sky News Arabia” telekanalı bildirib.

Onun sözlərinə görə, uçuş aparatları Sinayın şimalında – terror aktının baş verdiyi ərazinin yaxınlığında terrorçuların olduğu avtomobillərə raket zərbələri endirib.

Təhlükəsizlik gücləri bölgədə bütün giriş-çıxışları məhdudlaşdırıb. Terrorçuların axtarışlarına ordu qüvvələri cəlb olunub.

***

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib. Yüzlərlə yaralının olduğu bildirilir.

***

Misirin Sinay yarımadasında yerləşən Arişte bölgəsindəki Əl Hicr məscidinə cümə namazı zamanı silahlı basqın olub.

Ən az 85 nəfər dinc sakinin öldüyü, 80 nəfərdən çox insanın xəsarət aldığı bildirilir.

Hadisə yerindən paylaşılan fotolar mediadı sürətlə yayılıb.

Şahidlərin sözlərinə görə, məsciddə namaz qılarkən naməlum şəxslər tərəfindən məscidə əl qumbaraları atılıb.

Hadisə ilə bağlı bölgədə 3 günlük matəm elan edilib.

Hadisənin kim tərəfindən törədildiyi bilinmir.

Könül Cəfərli

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin