Məktəblərin bağlanması ilə bağlı ÇAĞIRIŞLAR: – “Yoluxma…”

0
83

“Hazırda bəzi şəxslər Sumqayıt şəhər 31 saylıi tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlunun koronavirusa yoluxaraq vəfat etməsi ilə bağlı məktəbi, təhsili günahlandırır”.

Bu sözləri Lent.az-a təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, amma yoluxma məktəbdə yox, məktəbə qədər baş verir:

“Ölkədə bütün xidmət sektoru, ictimai iaşə obyektləri, kafe və restoranlar işləyir, amma biz günahkar olaraq məkətəbi görürük. Hər gün koronavirusdan vəfat edənlər olur və onlar təhsil ilə bağlı deyillər. Harada olmasından asılı olmayaraq, pandemiya dövrünün qaydalarına riayət etməliyik. Hər kəs peyvəndlənmədə iştirak etməlidir”.

K.Əsədov qeyd edib ki, hazırda məktəblərin bağlanması ilə bağlı çağırışlar edilir:

“Əgər bu ediləcəksə, yenə də nəyəsə nail olmaq mümkün deyil. Biz virusdan yalnız peyvənd olunaraq xilas ola bilərik. Ya da virusdan xilas olmaq üçün ölkədə tam şəkildə sərtləşdirilmiş karantin rejimi tətbiq edilməli, bütün sahələr bağlanmalıdır”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin