“Məgər ordu səngərdə ona görə keşik çəkir ki, Nizaməddin kimi adamlar o cür cinayətlər törətsinlər? – Zahid Oruc

0
239

“Prezident İlham Əliyevin yeni Baş prokuror təyin edərkən Biləsuvar icra hakimiyyəti başçısının qanunsuz əməllərinə xüsusi yer verməsi və kəskin, sərt xəbərdarlığında ayrıca təhlilə ehtiyacı olan bir məqam var. Ölkə rəhbəri deyir: “Dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırsa, daha ağır vəziyyətdə, nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət!””

Bu sözləri Milli Məclisin bugnkü iclasında insan haqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, məhz bu sual üzərində düşünməliyik: Azərbaycan 30 ildən çoxdur düşmənlə müharibə şəraitində yaşayır və bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacağına zəmanət varmı? Son 2 ay sübut etdi ki, yoxdur:
“Ona görə istər icra hakimiyyətinin rəhbəri, istərsə də başqa bir vəzifə adamının qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın hərbi təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verməliyik. Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz 2-ci dünya müharibəsində diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz “müharibə dövrünün qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı. Bizdə “hərbi və fövqəladə vəziyyət rejimi haqqında” qanunlar olsa da, karantin vəziyyəti Cinayət qanunvericiliyində əksini tapmayıb”.

O daha sonra qeyd edib ki, bir ay bundan əvvəl ABŞ prezidenti Tramp Daxili Təhlükəsizlik və Səhiyyə naziri ilə birgə tribunaya çıxaraq elan etdi ki, o Koreya və İraq müharibəsində tətbiq olunan hərbi qanunla hərəkət edir. Fransa prezidenti Makron da elə. Cənab prezidentin də tələbi hamı tərəfindən məhz hərbi dövrdə xalqı təhlükədən qorumaq zərurəti kimi qəbul olunmalıdır:

“Azərbaycanın qürur və dönüş salnaməsi olan 4 günlük aprel müharibəsinin nəticəsində hakimiyyətdən gedən Sarkisyan rejiminin hərbi və siyasi rəhbərlərini bu gün tribunallara çəkirlər, onları mühakimə edirlər. Məglubiyyətin səbəbkarlarından biri sayılan və orduya xalqın yardımını mənimsəyən Manvel Qriqoryanı ictimaiyyət linç etdi və onu həbsə atdılar. Çünki ermənilər günahkarı cəzalandırır ki, başqalarına dərs olsun..

Alİ Baş komandan son iki ayda pandemiyaya qarşı mübarizədə olduğu kimi, günün birində milləti səfərbərliyə çağırarsa – o sərvət hərisləri əsgər və zabitin azuqəsinə əl uzadacaqlar, ordunun tankına və topuna göz dikəcəklər.Ona görə də belə əməllər dinc dövrün qanunları ilə cəzalanmalı deyil..

İstər siyasi vəzifə tutsunlar, istər hərbi, cinayətkarlar Azərbaycan dövlətini təmsil etmirlər, çünki bütöv bir rayonu-torpaqlarımızı təhlükə qarşısında qoyanların siyasi və əqidə mənsubiyyəti yoxdur.Ona görə də sərhəd bölgələrinə xüsusi yanaşma olmalıdır”.

Daha sonra O, son həbslərlə bağlı da fikrini belə ifadə edib: “Həbslər yalnız sosial, mənəvi məsələ yox, eləcə də milli təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir və sərhəd, yaxud cəbhə xəttinə yaxın bölgələrdə siyasi-hərbi rəhbərlik xüsusi seçilməlidir. Doğrudur, Biləsuvar “cəbhə xətti” deyil, lakin Goranboydan Ağstafaya yerini dəyişən Nizaməddin Quliyev isti kabinetində mülki vətəndaşların-yoxsulluqda yaşadığı üçün dövlət yardımı nəzərdə tutulan ehtiyaclı insanların haqqını mənimsəyəndə bir qədər ön cəbhədə əsgərlərimiz Vətəni qoruyurdular. Məgər ordu səngərdə ona görə keşik çəkir ki, Nizaməddin kimi adamlar o cür cinayətlər törətsinlər? Səngərdə keşik çəkən ogullarımız o torpaqları ona görəmi qoruyur ki, onu icra başçısı Mahir Quliyev sadə vətəndaşın- Vaqıf Abışovun əlindən zorla alsın?

O adamlar dünənə qədər rəhbər qiyafəsində gəlib şəhidlərimiz qarşısında baş əyirdilər, o əllərlə qəhrəmanların məzarına gül qoyurdular, elə həmin çirkli əllərlə də sadə vətəndaşın haqqını yeyirdilər.

Cənab prezidentin hökmü və cəzası ona görə qətidir və sərtdir: Ali Baş komandan bunlara “xəyanət” deyir! İndi üstündən 20 il keçəndən sonra başa düşürük ki, Avropa Şurasına qəbul olunanda məcburən “vətənə xəyanət” maddəsini hüquqi sənədlərdən çıxarmalı olduq. Təəssüf! Lakin son həbslər göstərdi ki, Prezidentin humanizminin sonsuzluğuna ümid edənlər yanılırlar!”

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin