Lukaşenko DTK sədrini Minskdə saxlanılan 33 “vaqnerçi”yə görə qovub

0
267

Belarus prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsinin sədrini işindən azad etməsinin səbəblərini açıqlayıb.

RealMedia.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Rusiya hakimiyyətinə yaxın jurnalistlər ilə söhbətində bildirib.

Belarus lideri qovulmaya əsas səbəb olaraqŞ prezident seçkiləri öncəsi paytaxt Minskdə 33 “vaqnerçi” muzdlunun tutulmasını göstərib.

Qeyd olunur ki, hələ bu ilin sentyabr ayının 3-də Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının rəhbərləri Andrey Ravkov və Valeri Vakulçiki də istefaya göndərmişdi. DTK isə İvan Tertel tərəfindən idarə olunurdu.

“Vaqnerçilər”lə bağlı insident bu ilin iyulun 29-da baş verib. Həmin vaxt dövlətə məxsus “BelTA” agentliyi Minskdə Rusiyanın özəl hərbi şirkətində qulluq göstərən 33 muzdlunun saxlanıldığı barədə informasiya yaymışdı.

Bu ilin avqustun 7-də Rusiyanın “Komsomolskaya pravda” qəzeti həbs olunan muzdluların əslində Ukrayna kəşfiyyatı tərəfindən Kiyevə gətirilərək, ələ keçirilmək istənilməsi barədə məlumat yayıb. Qəzetin iddiasına əsasən, Ukrayna Təhlükəsizlik Xidməti Donbasda rusiyapərəst silahlı dəstələrin tərkibində Ukrayna dövlətinə qarşı vuruşan bu adamları, guya, Venesuelada pulla xidmət göstərmək adı altında bir yerə toplayaraq hiyləgərliklə Kiyev hava limanına gətirməli imiş. Lakin məhz Ukraynadan gələn informasiya “Vaqnerçilər”in bu əməliyyatdan qurtulmalarına imkan verib. Hazırda, bu məsələ paytaxt Kiyevdə ciddi siyasi qalmaqala çevrilib. Ölkə mətbuatı prezident Zelenskinin ətrafında ən yüksək səviyyədə xainliyin olduğunu bəyan edir.

Aleksandr Lukaşenkonun sözlərinə görə, hadisəyə ilə bağlı rusiyalı muzdlulardan üzr belə istənilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin