“Lotu Quli”nin məzarı başında atışma – ÖLƏN VƏ YARALANANLAR VAR

0
217

Ötən il qətlə yetirilən azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun məzarı başında atışma olub.

Türkiyə KİV-lərinin məlumatına görə, hadisə İstanbulun Esenyurt rayonunda yerləşən qəbiristanlıqda baş verib.

İki gün öncə axşam saatlarında baş verən hadisə zamanı Əli Həşimov adlı şəxs Kənan İ. adlı şəxslə “Lotu Quli”nin məzarı başında qarşılaşıb. Nəticədə tərəflər arasında mübahisə yaşanıb. Mübahisənin davamı isə qanla bitib. Belə ki, Ə.Həşimov yanında gəzdirdiyi odlu silahla Kənana atəş açıb. Bu zaman əlindən yaralanan Kənan silahı alaraq Əlinin başından vurub. Nəticədə Ə.Həşimov hadisə yerində keçinib.

Kənan isə hadisə yerində olan həyat yoldaşı Lalə M. tərəfindən özəl xəstəxanalardan birinə çatdırılıb. Bundan başqa, insident zamanı orada Aynur İ. adlı qadın da olub. Lalə M. və Aynur İ. polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə borc üstündə baş verib.quli

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin