Rusiya KİV-nin məlumatına görə, Lotu Quli və daha bir neçə nəfər qanuni oğrunun imza atdığı məktubda Şarap ləqəbi ilə tanan Vladislav Qraçın qanuni oğru adının bərpasına qərar verilib. Söhbət ondan gedir ki, 2014-cü ilin sentyabrında taclandırılmış Şarapın adı mübahisə predmetinə çevrilmişdi. Buna səbəb isə bu günlərdə məhkəməsi başlayacaq “1 nömrəli” kriminal Zaxari Kalaşovun (Şakro Molodoy) qanuni oğru adı ilə bağlı sərt qaydaları idi. Şakro İspaniyadakı cəza müddətini başa vurub Rusiyaya qayıtdıqdan sonra “təmizləmələrə” başlamışdı ki, belə görünür, Şarap da onun qara siyahısına düşübmüş.
Quli ilə əks düşərgədə olan qruplar uzun müddətdir ki, maraqla gözləyirdilər ki, Şakronun bu qərarına qarşı kim çıxa biləcək, daha doğrusu, “Şarap əsl oğrudur” deyib ortaya çıxacaq. İndi “Quli” bu işi öhdəsinə götürüb və onunla bərabər bir neçə nüfuzlu “qanuni oğru” da məktuba imza atıb.
Qeyd edək ki, Şarap Qulinin dəstəyi ilə bu tac alıbmış. Şarap özü də hazırda həbsdədir.