“Lotu Quli”ni öldürmək istəyənlər saxlanılıb – FOTOLAR

0
184
Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.
“Report”un xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 17 nəfər şübhəli saxlanılıb.
Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2 ukraynalı və 1 rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.
Saxlanılan şübhəlilərin Andrey Malyi ləqəbli gürcüstanlı kriminal avtoritet Quram Çıkladzenin rəhbərliyi altında olduğu söylənilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin