“Lombard Məlahət” baş redaktora üçüncü dəfə məhkəmə davası açdı

0
181

“Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədova qarşı üçüncü dəfə xüsusi ittiham qaydasında şikayət verib. 

Bu barədə Anar Məmmədov özü danışıb. M.Qurbanova şikayətində Criminal.az saytında barəsində dərc edilmiş yazının xəbər başlığındakı “Lombard Məlahət” ifadəsini həm böhtan, həm də təhqir hesab edib.

Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərov baş redaktorun qeydiyyat ünvanının Yasamal rayonunda olmadığından, şikayəti geri qaytarmışdı. Buna görə də, M.Qurbanova Ağdam rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət verib. İddiaya bu gün Ağdam rayon Məhkəməsində hakim Mahir Niftiyevin icraaatında baxılacaq.

M.Qurbanova oktyabrın sonlarında da A.Məmmədova qarşı Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Hakim Murad Məmmədovun icraatında baxılan xüsusi ittiham icraata qəbul edilməmişdi.

Məlahət Qurbanovanın təhqir və böhtan hesab etdiyi yazılar:

1.Keçmiş nazir “Lombard Məlahət”i məhkəməyə verdi – “Torpaqlarımı boşalt…”

2. “Lombard Məlahət”lə sabiq nazirin davası: “Rolls-Royce” mərkəzinin zirzəmisini bölə bilmirlər

M.Qurnabova Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə iki dəfə xüsusi ittiham qaydasında iddia qaldırıb. M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatı Criminal.az saytında guya “Lombard Məlahət” tanınmağı barədə böhtan və təhqiredici məlumat yayıb. İddiaçı şikayətində göstərib ki, özü heç bir lombard fəaliyyəti ilə məşğul deyil, belə bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeydiyyatda da deyil.

“Anar Məmmədov həmin yazısında “Məlahət” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsində xəlvəti olaraq qanunsuz çıxarış almış Ələkbərov Fizulini müdafiə etmək və bununla da, məhkəmədə baxılan həmin mülki iş üzrə qərar qəbul edilməsinə təsir etmək məqsədi güdüb. Ona görə də, Anar Məmmədovun Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittihamedici qərar çıxarasınız”,- deyə M.Qurbanova iddiasında qeyd edib.(YS)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin