Lamiyə işdən çıxmağından danışdı – “Düşmənlərim çox imiş…”

0
803

Teleaparıcı Lamiyə Ələkbərova Lider TV-də vəzifəsindən azad olunması barədə yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, L. Ələkbərova rəsmi instaqram səhifəsində paylaşım edərək yayılan xəbərləri təkizb edib:

“Diqqətiniz məndə olsun. İki gündür ki, susub sizə baxıram. Yazılanları oxuyuram, təəccüblənirəm. Mətbuatda nə baş verir? Reytinq naminə bu qədər şər-böhtan atmaq olar? Sosial şəbəkələrdə ağzına gələni yazıb məni nüfuzdan salmaq istəyənlər, sizə sürprizim olacaq.

Ədalətli hüquq-mühafizə orqanları var, qanun qarşısında cavab verəcəksiz. Nəzərinizə çatdırım ki, mən məzuniyyətdəyəm. Düşmənlərim yaman çox imiş, Allah ürəyinizə görə versin”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin