Lalə Azərtaş şou – biznes nümayəndələrini SƏRT TƏNQİD ETDİ

0
664

Tanınmış aparıcı Lalə Azərtaş “İnstagram” səhifəsində bəzi şou nümayəndələrinə müraciət ünvanlayıb.

RealMedia.az həmin müraciəti təqdim edir:

“Biz qələbəyə kökləndiyimiz üçün qalib olduq.Ermənilərə şəhid verdiyimizlə bağlı kədərimizi göstərə bilməzdik.

Burdan üzümü tuturam şou biznesin nümayəndələrinə.Düzdür Qələbəmizə mən də sevindim və əl qaldırıb oynadım, bu öz yerində.Amma unutmayaq ki, ən sonuncu şəhidimizin 40-ı dekabrın sonunda çıxır.

Açıq saçıq şəkillər, gülüş dolu paylaşımlar etməyin. Bu heç də xoş qarşılanmır. Kimə lazımdır sizin ikili şəkilləriniz?

Gəlin bir az səbr edək.Heç olmasa dekabrın sonuna qədər, ən sonuncu şəhidimizin 40-ı çıxana kimi.Bu gün ən ümdə məsələmiz Zəfəri, Qələbəni qanı ilə qazanan oğullarımızdır. Biz, 40 gün onların yasını saxlamalıyıq.Ümidvaram ki, əksəriyyətiniz mənimlə razısınız. Heç olmasa 40 gün dözün!.”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin