Laçını işğalda saxlamağı Tonoyan özü üzərinə götürdü

0
121

Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə gələn Ermənistan Müdafiə naziri David Tonoyan Laçının Azərbaycanın nəzarətinə keçməməsi üçün döyüş fəaliyyətlərinə şəxsən özü nəzarət edəcək.

Axar.az xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi ekspert İqor Korotçenko çıxış edib.

“Hazırda Ermənistan Müdafiə Nazirliyinin rəhbər heyətindəki şəxslərin Qarabağa transferi tam səssiz rejimdə, söndürülmüş telefonlar və əlaqə vasitələri ilə aparılır ki, Azərbaycanın radioelektron kəşfiyyat bölmələrinə onların yerini müəyyən etməyə imkan verməsinlər”, – deyə o bildirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin