Laçın-Şuşa-Xankəndi yolu: nə baş verir və daha nə baş verə bilər? SİYASİ RAKURS+ÖZƏL

0
410

Xankəndi üzərindəki Laçın yolu istiqamətində ekoterrora son qoyulması məqsədi ilə toplaşmış yüzlərlə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin, ekoloqlarının, fəal insanlarımızın Vardanyana olan cavabı belədir – əslində, sənin bu kimi fikirlər bildirməyə nə hüququn, nə də ixtiyarın var. Yolu isə əsla Azərbaycan tərəfi bağlamayıb. Əks halda RSK-ya məxsus humanitar yüklərin Xankəndiyə buraxılmasına şərait yaradılmazdı.

Cinayətkar və quldur Vardanyan, sən isə kim olmağımızı gəlib öz gözlərinlə görə bilərsən. Yol elə də uzaqda deyil, aksiya iştirakçıları ilə Xankəndi arasındakı məsafə cəmi 14 km-dir, gəl və cavabını al, əgər cürətin çatırsa…

Bakı isə öz mövqeyini ən yüksək, qətiyyətli səviyyədə bəyan edib – heç bir separatçı, terrorçu və quldur ilə danışıqlar aparılmayacaq!

Bu mənada, Ruben Vardanyan oynadığı oyunun uzun müddət davam etməyəcəyini ya anlamır, ya da hər şeyi çox gözəl anlayır. Sadəcə, heç nə əldə etməyəcəyini, əksinə, hər şeyini itirəcəyi oyunun nəticələrini bilə-bilə davam edir. Vardanyan onu da yaxşı bilir ki, oyunu uduzarsa, yaxud oyundan kənara çəkilərsə Kreml onu əfv etməyəcək. Yəni hər iki halda bu belədir. Bakı isə öz mövqeyini ən yüksək, qətiyyətli səviyyədə bəyan edib – heç bir separatçı, terrorçu və quldur ilə danışıqlar aparılmayacaq. Və ən maraqlısı budur ki, Kremldə planı cızılmış Vardanyan oyununun iflasa məruz qalacağı halda alternativ plan hazırlanmayıb. Beləliklə, ekoloqlarımız bu planı yerli-dibli dəfn etdi!

O da məlumdur ki, nəticə olmadan kimsə heç yerə getməyəcək və əksinə, aksiya iştirakçılarının da sayı axın-axın artacaq!

Amma nəticədə Ermənistandan Qarabağa İrandan silah-sursatlar, silahlı dəstələr, xaricdən gətirilən muzdlu terrorçular, təxribat-diversiya qruplar daxil olmağa başladılar. Üstəlik, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın suveren ərazilərinə xarici diplomatlar ard-arda səfərlər edərək, əslində, vəziyyətin gərginləşməsinə səbəb oldular. Onların işində amerikalılar da az olmayıb!

Fransa XİN-nə gəldikdə isə, onların ümumiyyətlə, nə isə danışmağa, deməyə ixtiyarları yoxdur. Fransanın Azərbaycana olan münasibəti məhz Makronun simasızlığında, rilakarlığında bütün mənalardan özünü sübuta yetirib. Əslində, Azərbaycan Fransadan tələb edir ki, burnunu ölkəmizin daxili işlərinə salmasın və qeyd-şərtsiz (!!!-R.R.) olaraq çəkilib kənarda dayansın, nəyə görə belə vəziyyətə düşdüyünü özü üçün araşdırsın! Lakin daha bir faktor…

Nala-mıxa döyəcləməyin vaxtı çoxdan bitib – açıq münasibətlər ortaya qoyulmalıdır!

Eyni hadisə ermənilərin başlarına gəlsəydi sizli-bizli indi elə hay-küylərin şahidlərinə çevriləcəkdik ki, gəl-görəsən! Bütün bunlardan sonra Laçın yolunda toplaşan və sülh, əmin-amanlıq istəyən Azərbaycan vətəndaşlarını az qala “terrorçu” kimi təqdim etməyə çalışan məlum dairələr yaxşı olardı ki, məhz Azərbaycanın ərazilərində -Xankəndidə və ətrafında baş alıb gedən özbaşınalıqları, cinayətkarlıqları, xüsusilə ekoterrorizmi araşdırıb bəlkə də ömürlərində bircə dəfə doğru-dürüst nəticəyə gəlsinlər. Yox, bunu etmirlərsə, ya da etmək istəmirlərsə bu zaman bir zəhmət – çəkilib bir kənarda dayansınlar və ayağımıza dolaşmasınlar, əks halda möhkəm əzilərlər!

Rövşən RƏSULOV

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin