Lənkəranda azyaşlı bacı-qardaş “Valerian”dan zəhərləndi

0
1048

Lənkəranda bir ailənin iki azyaşlı övladı dərmandan zəhərlənib.

Mamusta kənd sakinləri, 2013-cü il təvəllüdlü Hüseyn Fərid oğlu Fərəcov və onun bacısı 2015-ci il təvəllüdlü Arifə Fərid qızı Fərəcova valideynlərinin nəzarətindən yayınaraq stolun üzərində olan “Valerian” dərmanını götürüb içiblər. Hər iki azyaşlı valideynləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

H. Fərəcova və A. Fərəcovaya tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıb. (APA)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin