Kriminal avtoritet Rizvan Hüseynov özünü yeddinci mərtəbədən atdı – ŞOK TƏFƏRRÜAT

0
197

Rusiyada federal axtarışda olan kriminal avtoritet Rizvan Hüseynov (“Rezvıy”) polis təqibindən qaçarkən özünü binanın yeddinci mərtəbəsindən atıb.

RealMedia.az xəbər verir ki, bu barədə REN TV xəbər yayıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

“Rezvıy” xabarovlu məşhur kriminal avtoritet Aleksandr Voroninin (Malış) silahdaşı sayılıb.

Hüseynovu hüquq-mühafizə orqanlarının işçiləri belə xarakterizə ediblər: “Hiyləgər, bacarıqlı, eyni zamanda tez əsəbiləşən, asanlıqla aqressivləşən biridir. Çox təhlükəlidir. Saxlanılması halında silahlı müqavimət göstərə bilər”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin