Koronavirus kölgə iqtisadiyyatını necə faş etdi? – Milyonlarla insan təhlükə qarşısındadır

0
112

“Yeni koronavirus qlobal iqtisadiyyatda xaos yaradıb, bizneslər bağlanıb, təchizat zəncirləri pozulub, milyonlarla insan işini itirib. Amma pandemiya özəlliklə dünyadakı 2 milyard civarında qeyri-rəsmi işçi üçün dağıdıcı olub. Onlar qlobal işçi qüvvəsinin 60 faizini təşkil edir, günə iki dollardan da az qazanırlar“Foreign Affairs” dərgisində dərc olunan bu məqalədə inkişaf etməkdə olan ölkələrdə bu işçiləri iqtisadi fəlakət gözlədiyini yazıb.

Müəllif qeyd edir ki, formal iqtisadiyyatda çalışanların hüquqi, sosial imtiyazları olur, qeyri-formal işçilər isə dolanışığını təhlükəsizlik şəbəkəsi olmadan qazanırlar. Onlar əsasən qadınlardır. Belə işçilər daha çox küçə ticarəti, ev işlərində, nəqliyyatda, zibilyığmada çalışırlar. Bir çox ölkələrdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində karantin tətbiq olunub, amma belə şəxslərə ciddi yardım ayrılmayıb. Bir neçə həftəərzində dünya üzrə milyonlarla qeyri-rəsmi iş yeri itirilib, milyonlarla iş isə bağlanma riskilə üz-üzədir.

“Ancaq qeyri-rəsmi iqtisadiyyat böhranı təkcə yoxsul ölkələrə deyil, zənginlərə də təsir göstərir. Birləşmiş Ştatlarda bütün işçilərin beşdə biri qeyri-formal çalışır, onlar həm yeni koronavirusun yaratdığı sağlıq böhranı, həm pandemiyanın iqtisadi fəsadları ilə üzləşiblər”, – yazan müəllif hazırda tipik amerikalı qeyri-formal işçi kimi Uber, yaxud Lyft taksi şirkətləri üçün çalışan sürücüləri misal çəkir. Amma onu da qeyd edir ki, daha böyük qeyri-formal iqtisadiyyata Prezident Ronald Reyqan administrasiyası dövründə meyl artıb. Belə ki, 1980-ci ildən sonra işəgötürənlər üçün qaydalar yumşaldılıb, şirkətlər getdikcə risklərini subpodratçılara, günəmuzd çalışanlara, digər çevik işçilərə yönəldiblər.

“İşçi qorumasının olmaması indi Birləşmiş Ştatlarda koronavirus böhranını özəlliklə kəskinləşdirir: bu, təkcə sağlıq böhranı, yaxud iqtisadi böhran deyil, onillər boyunca təkamül etmiş daha dərin sosial böhrandır”,  məqalədə deyilir.

Hindistanda isə iş yerlərinin 90 faizi qeyri-formaldır. Beynəlxalq Əmək Təşkilatının hesablamasına görə, 400 milyondan artıq işçi dərin yoxsulluğa yuvarlana bilər.

Hazırda dünyada koronavirusa 4,8 milyondan çox insan yoluxub, ölənlərin sayı 319 minə yaxınlaşır. ABŞ həm yoluxmalar, həm də ölü sayına görə liderdir, 1,5 milyondan çox təsdiqlənmiş yoluxma, 90 mindən çox ölüm qeydə alınıb.

Azərbaycan hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə məqsədilə iqtisadiyyata 3 milyard manatlıq dəstək proqramı həyata keçirdiyini bəyan edib.

Prezident İlham Əliyev bir ay öncə bəyan edib ki, 190 manatlıq yardımı alacaq vətəndaşların sayı 200 mindən 600 minə çatdırılır və həmin şəxslər əsasən aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır.

“Onların da problemlərini dövlət öz üzərinə götürür. Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq”, – prezident vurğulayıb. (azadliq.org)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin