Koronavirus BU TARİXDƏ bitəcək – Elan edildi

0
88

ABŞ prezidentinin müşaviri, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fausi pandemiyanın yaz aylarında bitəcəyini elan edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis həm koronavirus peyvəndlərinin ilk iki dozasının, həm də gücləndirici dozanın effektindən danışıb. O qeyd edib ki, peyvəndlənmə artarsa, koronavirusun yoluxuculuq sürəti pandemiyanın əhatə dairəsindən kənarda qala bilər:

“Peyvəndlənmə nisbəti artarsa, gələn ilin yazında COVID-19 pandemiya kateqoriyasından endemik kateqoriyaya keçə bilər. Hazırda ABŞ-da əhalinin 70 faizindən çoxu tam peyvənd olunub. Əgər Amerikada peyvəndlənmə sürətlənərsə, hökumət gücləndirici peyvəndləri hamı üçün əlçatan etsə, virus 2022-ci ilin yazında nəzarət altına alına bilər. Buna baxmayaraq, COVID-19-un yoluxuculuğu tamamilə dayanmayacaq və xəstəliyin cəmiyyətə təsiri davam edəcək. Müəyyən bir nöqtədən sonra qrip və ya qızılca kimi olacaq. Gücləndirici peyvəndlər isə zəifləyən antikorların təsirini artırmaq üçün həyati əhəmiyyət kəsb edir”.

E.Fausi hesab edir ki, COVID-19-un endemik kateqoriyasına düşməsi üçün yoluxmaların çox aşağı səviyyələrə enməsini gözləməli olacağıq: “Virusun cəmiyyətə və ya iqtisadiyyata təsiri olmamalıdır. İnsanlar yenidən xəstələnəcək, yenidən xəstəxanaya yerləşdiriləcək, amma say o qədər az olacaq ki, gündəlik həyatımıza təsir etməyəcək. Bunun baş verməsi üçün hər kəs peyvənd olunmalıdır. Digər ölkələr üçüncü vaksin dozasını verməyə başlayıb. Düşünürəm ki, biz də bunu etsək, yazda pandemiyanı nəzarət altına ala bilərik”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin