Körfəzdə əməliyyat: 6 ton kokain ələ keçdi

0
101

Fransa Hərbi Dəniz Qüvvələri Qvineya körfəzində 6 ton kokaini daşıyan gəmini ələ keçirib.

Bu barədə Fransa hərbi komandanlığı məlumat yayıb.

Əməliyyat martın 21-də Fransa və Niderland kəşfiyyatı tərəfindən alınan məlumatlara əsasən keçirilib. Əməliyyat nəticəsində Fransanın “Dixmude” desant gəmisi Sent-Kits və Nevis bayrağı altında üzən “Nijlan” yük gəmisini saxlayıb.

Qeyd olunub ki, gəmi bir neçə gün əvvəl Cənubi Amerika ölkələrindən birinin limanından yola düşüb.(Axar.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin