ABŞ Krım ərazisinə zərbələr endirmək və Rusiyanı məğlub etmək üçün Ukraynaya ATACMS uzaqmənzilli taktiki ballistik raketlər göndərməlidir.
Bunu ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Maykl Makkol deyib.
“Onlara (Ukrayna – red.) Krıma zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketləri lazımdır”, – o bildirib.
Makkol əlavə edib ki, yüksək rütbəli müşavirlər və ukraynalılar yarımadanın ərazisinə hücumlar üçün ATACMS-ın zərurətindən danışırlar, çünki pilotsuz təyyarələr Krım ərazisindən buraxılır:
“Biz onlara lazım olanı – “Stinger”, “Javelin”, HIMARS və daha uzaqmənzilli artilleriya silahları verdikdə, onlar qalib gəlirlər”. (Axar.az)