KİV intahara çağırış, dövləti təhdid kimi səslənən sərlövhələrə yol verməməlidir

0
214
Təssüflər olsun ki, son vaxtlar bəzi saytlarda “Daha bir qazidən intihar anonsu” və yaxud “Qazi özünü icra hakimiyyəti önündə yandırdı” və sair bu kimi başlıqlı yazılara rast gəlirik. Sözsüz ki, qazilərlə bağlı baş verən və baş verə biləcək məsələlərin hər biri bizlər üçün olduqca həssas məsələdir. Dövlət isə bu məsələlərə daha məsuliyyətlə, daha həssas və qayğıyla yanaşmalıdır. Bu baxımdan biz də media nümayəndələri bu qəbildən olan insanların problemlərini işıqlandırarkən həssaslıqla yanaşmslıyıq.
Məlum məsələdir ki, son günlər qazilərin intihar etməsi xəbərləri hər birimizi sarsıtmışdır. Düşünürəm ki, qazilərlə bağlı məsələlərdə medianın da üzərinə böyük məsuliyyət düşür. Çünki bu xüsusda media orqanının ictimai rəyə təsir etmək imkanı daha genişdir. Bu nöqteyi nəzərdən, qazilərlə bağlı hər hansı bir məsələni ictimailəşdirərkən, ələlxüsus da mövzuya başlıq seçərkən son dərəcədə diqqətli olmalıyıq. Bir çox hallarda mövzunun başlığı özü intihara çağırış, dövləti təhdid anonsudur. Məsələyə elə bir aspektdən yanaşmalıyıq ki, cəmiyyətdə çaşqınlıq doğurmasın, qazinin özündə intihara cəhd eyforiyası yaranmasın.
İstər qazilərimizlə, istərsə də şəhid ailələri, istərsə də ümumiyyətlə həssas təbəqəyə aid digər insanların problemləri ilə bağlı mövzulara, problemlərə toxanarkən, yazarkən seçəcəyimiz başlıqlara diqqət etməyimiz vacibdir. Mən düşünürəm ki, hətta həmin başlıqların və mövzuların birbaşa problemini ictimailəşdirdiyimiz şəxsə də psixoloji təsiri ötür və onda intihara meyllilik arta bilər. Həmin şəxs fikirləşir ki, onsuzda onun intihar edəcəyi ilə bağlı cəmiyyətdə və ətrafda fikir yaranıb. Əlbəttə ki, o, bundan sonra çaılışacaq ki, niyyətini bir qədər də tez reallaşdırsın. O, bu əməli nəticəsinin fövqünə varmadan edəcək.
Əslində o fikirləşmir ki, intihara cəhd etməklə həyatını itirə bilər və yaxud, cəhd tam baş tutmasa belə ağır fəsadlarla üzləşə bilər. O, fikirləşir ki, əgər o intihar (əslində intihara cəhd) etməklə, məsələn, özünü yandırmaqla və yaxud, özünə hansısa bir bədən xəsarəti yetirməklə nəyəsə nail ola bilər. Çünki onu buna ətrafındakılar da inandırır.
Qısa haşiyə: Düşünmürəm ki, intihar etməyi planlaşdıran şəxs əvvəlcədən bu barədə ətrafında dostuna, tanışına nəsə deməsin. Əgər belə olmasa, jurnalistlər hardan bilir ki, hansısa qazi filan qurumun inzibati binası qarşısında intihar etməyə cəhd edəcək? Əlbəttə ki, baş verəcək hadisəni əvvəlcədən bilən və bu barədə də mediaya bilgi verən biriləri var. Məhz ətrafındakıların təsiri altında insan eyforiyaya qapılır və mürəkkəb ruhi-psixoloji vəziyyətlə üzləşir. Belə bir vəziyyətdə isə insan nə etdiyini belə dərk etmir, gerçəkləri olduğu kimi qəbul etməkdə aciz qalır və kənardan idarə olunur.
Ola bilsin ki, mənim bu fikirlərimlə razılaşmayanlar da olsun. Sadəcə olaraq, bu mənim son günlər qazilərin intiharı ilə bağlı baş verən hadisələrin fonunda subyeltiv qənaətlərimdir.
Mən düşünmürəm ki, problemlərdən qurtulmaq üçün intihar etmək çıxış yoludur. Əlbəttə, yuxarıda qeyd etdiyim kimi hesab edirəm ki, qazilərimizi bunu etməyə yönləndirən başqa maraqlı qüvvələr var. Məqsəd isə ölkədə ara qarşıdırmaq, hakimiyyətin inzibati resursları ilə qazilər arasında qarşıdurma yaratmaqdır. Düşünürəm ki, qazilərimizin problemlərini dövləti və ya höküməti təhdid etmə yolu ilə yox, başqa sivil yollarla, mövcud qanunlara istinad etməklə həll etmək mümkündür. Yoxsa ki, qazinin əlinə 1 litr neft butulkasını verib dövlətin hansısa inzibati orqanıının qarşısına çıxardıb özünü yandırması “təbliğatını” aparmaqla problemlərə işıq salmaq uyğun yol deyil.
Bəli, mən razıyam ki, burda aidiyyatı dövlət qurumları da təqsirlidir. Onlar işlərinə məsuliyyətsiz yanaşırlar. Ancaq onların məsuliyyətsizliyi üzündən qazilərimiz intihar etməli deyil. Bu, yoverilməzdir. Qazilərimizin intihar etməsinə şərait yaradılmamalıdır. Mən də bir çox hallarda şahidi olmuşam ki, icra hakimiyyəti başçıları, ayrı – ayrı dövlət resursları qazi və şəhid ailələrinin problemlərinə biganə yanaşırlar. Onları süründürməçiliyə məruz qoyurlar. Yenə də bu, intihara yol açmamalıdır.
Əslində intihar iradəsizliyin, dözümsüzlüyün və acizliyin bir nümunəsizdir. Qazilərimiz isə müharibədə kifayət qədər iradə, dözüm, cəsarət, qorxmazlıq nümayiş etdiriblər. Onlar ölümün gözünə dik baxıb QƏLƏBƏ sevincini bu xalqa, bu millətə yaşadan oğullardır. Onları qorumaq dövlət qurumlarının və inzibati resurslarının vəzifə borcudur. Amma və lakin…
P.S. Canınıza qıymayın, QAZİ qardaşlarım. Bir çox qardaşlar özünü yandırdı da nə oldu? Nə dəyişdi? Problemləri həll olundumu? Əlbətə, yox! Əksinə öz canından oldu. Arxada qoyub getdiyi ailəsinin problemlərini artırdı.
Ramin Məhəmmədoğlu

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin