KİM KİMDİR, KİMİ SEÇƏK? – İsa Həbibbəyli, Fəttah Heydərov, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı, Əhliman Əmiraslanov

0
1171

9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlər arasında yaşı 70-dən çox olan 31 nəfər deputatlığa namizəd var. Yaşlı namizədlər arasında kim daha çox deputat olmağa layiqdir? Seçiciləri aşağıda adları sadalanan namizədlərə səs verməyə çağırıram.
1949- cu il təvəllüdlü İsa Həbibəyli (2 saylı Şərur seçki dairəsi) – YAP
1938-ci il təvəllüdlü Fəttah Heydərov ( 116 saylı Qəbələ seçki dairəsi) – bitərəf
1946- cı il təvəllüdlü Sabir Rüstəmxanlı ( 61 saylı Neftçala seçki dairəsi) – VHP
1947- ci il təvəllüdlü Fəzail Ağamalı (60 saylı Salyan-Neftçala seçki dairəsi) – AVP
1947- ci il təvəllüdlü Əhliman Əmiraslanov (65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi) – YAP
İsa Həbibbəyli AMEA-nın 1-ci vitse prezidentidir. Yüksək səviyyədə tanınmış görkəmli alimdir. Əlindən gələn yaxşılığı etməyi bacarır. Müzakirələrə açıqdr. Parlamentin İsa Hbibbəyli kimi alimə və millət vəkilinə ehtiyacı var.
Fəttah Heydərov Azərbaycan Ağsaqqallar Şurasının sədridir, müdrik insandır. Parlamentin belə müdrik insana və millət vəkilinə ehtiyacı var.
Sabir Rüstəmxanlı görkəmli ictimai-siyasi xadim, şair, publisist, nasirdir. Azərbaycan Milli Azadliq hərəkatının fəallarındandır. Deputat kimi həmişə öz sözünü deyib. Parlamentin belə ictimai-siyasi xadimə və millət vəkilinə ehtiyacı var.
Fəzail Ağamalı diskussiyalara açıqdır. Səbirlidir. Deputat kimi həmişə aktiv olub. Parlamentin aktiv millət vəkilinə ehtiyacı var.
Əhliman Əmiraslanov görkəmli alim, akademikdir. Lazım olan anda deputat kimi sözünü deyib. Parlamentin belə alimə və millət vəkilinə ehtiyacı var.

Prof.Dr. Qüdrət İsaqov

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin