“Keşlə” evdə qələbə qazanıb, “Səbail” yenə darmadağın olub -VİDEO

0
32

Azərbaycan Premyer Liqasında VI tur başa çatıb.

APA-nın məlumatına görə, turun son oyun günündə iki matç keçirilib.

Hər iki paytaxt derbisində meydan sahibləri qələbə qazanıblar. Günün oyunlarında vurulan bütün qollar ikinci hissəyə təsadüf edib.

Öncə “Sabah”la “Səbail” münasibətlərini aydınlaşdırıb. Bunadək qələbə qazana bilməyən meydan sahibləri İqor Ponomaryovun rəhbərliyi altında ilk oyununu keçirib.

Baş məşqçi dəyişikliyi “Sabah” üçün uğurlu olub. İ.Ponomaryovun yetirmələri matçın sonunda vurulan üç qolla rəqibini darmadağın edib. Bu, meydan sahiblərinin ilk qələbəsi olubsa, “Səbail” ikinci məğlubiyyətini də böyük hesabla alıb.

“Keşlə” isə turnir cədvəlindəki qonşusu “Zirə”ni sınağa çəkib. Tərlan Əhmədovun yetirmələri də qarşılaşmanın taleyini fasilədən sonra həll edibl’r.

Öncə Ruslan Qurbanov qonaqların qapısına yol tapıb. Fərqi artıran Lorenzo Frutos isə bombardirlər yarışında da təkhakimiyyətliliyə nail olub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı 2:0, “Neftçi” “Qəbələ”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası
VI tur
29 sentyabr (bazar)

“Sabah” – “Səbail” – 3:0
Qollar: Coşqun Diniyev, 78, Cavid İmamverdiyev, 85, Şakir Seyidov, 90+6
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Bank Respublika Arena”, 17:30

“Keşlə” – “Zirə” – 2:0
Qollar: Ruslan Qurbanov, 53, Lorenzo Frutos, 64
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASCO Arena”, 19:45

1 Qarabağ 6 6 0 0 15-1 18
2 Səbail 6 3 1 2 7-9 10
3 Keşlə 6 3 1 2 8-3 10
4 Neftçi 6 2 2 2 6-5 8
5 Zirə 6 2 1 3 5-8 7
6 Sumqayıt 6 2 0 4 5-9 6
7 Sabah 6 1 2 3 5-5 5
8 Qəbələ 6 1 1 4 2-13 4

Bombardir: Lorenzo Frutos (“Keşlə”) – 4 qol.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin