Keçmiş deputat Gülər Əhmədovanın oğlu saxlanıldı – Tapança, 38 ədəd patron…

0
62
Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub.
“Report”un xəbərinə görə, hadisə fevralın 9-da, Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.
Onun idarə etdiyi BMWmarkalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Xatırladaq ki, T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin