“RealMedia.az” saytının baş redaktoru Ramin Məhəmmədoğlu karantin rejimini pozan şəxslərə qarşı cərimələrin tətbiq edilməsi ilə bağlı maraqlı fikirlər səsləndirib. O, bildirib ki, xüsusi karantin rejimini pozan şəxslərə qarşı tətbiq edilmiş cərimələr, əksinə, yaranmış vəziyyətlə əlaqədar olaraq onların vəziyyətini daha da ağırlaşdırır. Baş redaktor bildirir ki, vətəndaşlara (xüsusi karantin rejimini pozan şəxslərə)qarşı inzibati və ya cinayət məsuliyyətinin tətbiqi ləğv edilməlidi:
“Koronavirus infeksiyası ilə (COVİD-19) əlaqədar ölkədə tətbiq edilmiş xüsusi karantin rejimini pozan şəxslərə, eləcə də nəqiliyyat vasitələrini idarə edən sürücülərə qarşı tətbiq edilmiş cərimələr onların vəziyyətini daha da ağırlaşdıracaq.Cərimələrin tətbiq edilməsi bundan çıxış yolu deyil. Onsuzda koronavirus infeksiyasının yayılması vətəndaşların yaşam tərzinə, onların sosial tələbinə mənfi təsir edir.Cərimələrin tətbiqi isə bu sahədə vəziyyəti daha da acınacaqlı edəcək.
Qəbul olunmuş bütün qərarlar insanların sağlamlığının və təhlükəsizliyinin təminatı baxımından qəbul olunur. Daha onların sosial ehtiyacını ağırlaşdırmaq üçün deyil.
Buna görə də vətəndaşlara(xüsusi karantin rejimini pozan şəxslərə)qarşı inzibati və ya cinayət məsuliyyətinin tətbiqi aradan qaldırılmalıdır.
Vəziyyət nə qədər ağır olmuş olsa da belə qəbul olunmuş qərarlarda birinci növbədə əhalinin sağlam, təhlükəsiz yaşaması ilə yanaşı, həm də onların sosial müdafiəsini – dolanışıq səviyyəsini təmin etmək məqsədini daşımalıdır.Mütləq hər bir qərarda əhalinin yaşayış səviyyəsi, onların maddi və sosial durumu nəzərə alınmalıdır. Daha vətəndaşlarını təhlükənin birindən qoruyub, digəri ilə üz-üzə qoymamalı, sosial rifahını ağırlaşdırmamalıdır.
Dövlətin başlıca məqsədi əhalini yaranmış təhlükəli vəziyyətdən uzaq tuta bilməsi, onları koranavirus təhlükəsindən qorumasıdır. Cərimələrin tətbiqi isə sosial durumu heç də yaxşı olmayan vətəndaşların dolanışığ səviyyəsinin aşağı düşməsi üçün növbəri bir qapı açır. Buna görə də vətəndaşlara qarşı inzibati və ya cinayət məsuliyyətinin tətbiqi yol verilməzdir. Düşünürəm ki, bu istiqamətdə qərar verilərkən insanların maddi və sosial durumu nəzərə alınmalıdır.”
RealMedia.az