Karantin rejimi: media hansı səhvlərə yol verir?

0
316

Bəzi saytlar hələ də İP güdür. Karantin günlərində əhalinin mediaya daha çox diqqət ayırdığı bir vaxtda şişirdilmiş başlıqlarla əhalini təşvişə salmaq ən böyük yanlışlıqdır. Bunları pandemiyadan öncə və sonrakı dövrdə də etmək olardı. Ancaq indiki halda bu, olduqca yanlış addımdır.

Bu sözləri Axar.az-a media eksperti Qulu Məhərrəmli pandemiya dövründə medianın yol verdiyi səhvlər və diqqət etməli olduğu məqamlar barədə danışarkən deyib.

Q.Məhərrəmli bildirib ki, karantin rejimi dövründə informasiyanın vətəndaşa ötürülmə forması olduqca önəmlidi:

“İndiki şəraitdə ölkədə karantin rejimi olduğu üçün koronavirusla bağlı informasiyalar bir mərkəzdən verilir. Bu informasiyanın da sahibi Nazirlər Kabineti yanında Operativ Qərargahdır. Bu məsələdən yazanda bizim media yalnız Qərargahın yaydığı məlumata, faktlara istinad etməlidir. Əgər sayt, televiziya ayrıca reportajlar verirsə, müsahibələr təşkil edirsə, burada məsələnin cəmiyyət üçün önəmli tərəfləri qabardılmalıdır. Bu kimi açıqlamalarda, müsahibələrdə heç bir panika, təşviş, yalançı gurultu ön plana çəkilməməlidir. Şişirdilmiş başlıqlar qoyulmamalıdır. Nəzərə almaq lazımdır ki, pandemiya ilə bağlı hər bir məlumatı vətəndaş media vazitəsilə əldə edir. Deməli, bu məlumatın vətəndaşa çatdırılma forması önəmlidir. Yanlış, şişirdilmiş informasiya insanın bu tip məlumatlara, xəstəliyə olan immunitetini azaldır. Media rəhbərləri bu kimi həssas məqamlarda bunu xüsusilə nəzərə almalıdır”.

Q.Məhərrəmli qeyd edib ki, pandemik dövr ərzində cəmiyyətin nəbzini duymaq lazımdır:

“İndi İP, sensassiya zamanı deyil. Hər kəsin diqqətinin mediada olduğu bu ərəfədə daha diqqətli olmalıyıq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin