Kanadada atışma nəticəsində 1 nəfər ölüb, yaralananlar var

0
58

Kanadanın Toronto şəhərinin mərkəzində silahlı insident baş verib.

APA CBC-yə istinadən xəbər verir ki, avtomobil dayanacağında naməlum şəxs və ya şəxslər içi sərnişin dolu maşını atəşə tutub.

Hadisə sürücü maşını dayanacağa yerləşdirərkən baş verib. Atəş nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisəni törədən şəxslərin saxlanılması istiqamətində hərəkətə keçib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin