Jirinovski iki ölkənin dəhşətli sonunu ANONS VERDİ – VİDEO

0
1097

Rusiyanın qalmaqallı siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna və Polşanın milli himnlərini açıq şəkildə təhqir edib.

RealMedia.az xəbər verir ki, Jirinovski fikirlərini “Rossiya 1” telekanalın efirində “60 dəqiqə” proqramında səsləndirib.

O iddia edib ki, ABŞ Ukraynanı və Polşanı bu ölkələrin ərazilərində müharibə başlatmaqla məhv etmək istəyir. Jirinovski bildirib ki, ölkələr tezliklə milli simvollara malik olmaq hüququnu itirəcəklər.

“Bizə bayrağımızı Cənubi Koreyaya aparmağı qadağan edirlər. Sizdə bayraqlarını unudacaqsınız! Siz hələ bayraqlarınıza baxın, himnlərinizi dinləyin. Onlar hələ ölməyib”, – rusiyalı siyasətçi bildirib.

Jirinovski daha əvvəl bildirib ki, martın 18-də keçiriləcək seçkilərdə qələbə qazanacağım halda, artıq martın 20-də Kiyevin üzərində Rusiya bayrağı dalğalanacaq və Ukraynanın bütün ordusu məhv ediləcək.

Ömər Dağlı

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin