İstanbul sakinləri Əkrəm İmamoğlunun qələbəsini qeyd edirlər- VİDEO

0
82

İstanbulda yüzlərlə insan təkrar bələdiyyə seçkilərində qalib gəmiş Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlunun qələbəsini qeyd etmək üçün şəhər küçələrinə axışıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, sakinlər küçələrdə toplaşaraq, əllərində Türkiyə bayraqları tutublar. Onlar habelə rəqs edərək xatirə fotoları çəkdiriblər və CHP namizədinin qalibiyyətini alqışlarla qarşılayıblar.

Qeyd edək ki, Əkrəm İmamoğlu səsvermələrdəki müvəffəqiyyətini bütün şəhərin qələbəsi adlandırıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin