İsraildə bir gündə 2 210 nəfər koronavirusa yoluxub

0
796

İsraildə koronavirusa yoluxanların sayı yenidən artıb.

“Report” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasına 2 210 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Ümumilikdə ölkədə 65 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 32 157 nəfər müalicə olunaraq sağalıb, 486 nəfər vəfat edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin