İsmayıllı Olimpiya İdman Kompleksindən bir gün….

0
2863
İsmayıllıya həmişə yay aylarında getmişdik. Bu dəfə payızın ilk ayında yolumuz düşdü. Günəş buludların arasında gizlənsə də təbiət həmişəkitək möhtəşəm idi. Dağların arasından keçən yolda gördüyümüz mənzərələr insanın ruhunu oxşayırdı.

Budur, İsmayıllı şəhərinə girəcəkdə gəlişimizin məqsədi olan Olimpiya İdman kompleksinə çatırıq.

“İsmayıllının “Asteka”sı

Kompleksə girdikdə xoş mənzərə açılır. Bir qədər aşağıda futbol stadionunda gənc futbolçular top qovur. Dağların əhatəsində olan stadion mənzərəsinə görə Meksikanın məşhur “Asteka” stadionuna bənzəyir. O stadion da dağlarla əhatə olunub.
İsmayıllı Olimpiya İdman Kompleksindən bir gün....
Bunu deyərkən bizi qarşılamağa çıxan, kompleksin direktoru Tofiq Hümbətov da gülür. Deyir ki, bura qonaq gələn əcnəbi qonaqlardan bir neçəsi burdakı stadionu elə “Asteka”ya bənzədib. Futbolçularla maraqlanırıq. Tofiq müəllim deyir ki, stadionda oynayan uşaqlar “Vətən” Futbol Klubunun üzvləridir. Müxtəlif yaş qruplarından olan uşaqlar burada təlim-məşq toplantısı keçir. Qeyd edək ki, azyaşlılar arasından istedalı gənclər ölkənin güclü klublarına –“Qarabağ”a, “Neftçi”yə və sairəyə transfer olunurlar.

Şəmbə-bazar günləri isə bu stadionda qadın futbolçular məşq edir. Respublikanın U-16, U-17 komandaları burda toplaşır. Mingəçevirdən, Oğuz, Gəncə, Balakəndən, hətta İmişlidən olan qızlar İsmayıllı Olimpiya Kompleksində futbol oynayırlar.

Rahat şərait

Tofiq müəllim deyir ki, İsmayıllı Olimpiya İdman Kompleksi 2009-cu il, oktyabr ayının 29-da ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılıb. Elə o vaxtdan da burada direktor kimi çalışır.

Kompleksin ərazisi 11 hektardan çoxdur,1 üzgüçülük hovuzu,müasir standartlara uyğun zallar var. Ağırlıqqaldırma, boks, trenajor zalları, açıq havada voleybol, basketbol meydançaları, tennis kortu, 930 yerlik stadion, hər iki binada soyunub-geyinmə otaqları, duşxanalar idmançıların ixtiyarına verilib.
Əlavə olaraq idmançıların istirahəti üçün hər şərait yaradılıb.
Cənab prezident açılışdan sonra daha bir dəfə- 2016-cı ilin avqust ayında İsmayıllı Olimpiya İdman Kompleksində cari təmir gedərkən baxış keçirmiş və nəticələrdən razı qalmışdır.
İsmayıllı Olimpiya İdman Kompleksindən bir gün....Əlbəttə, adıçəkilən kompleksdə rayon idmançıları üçün olduqca gözəl şərait yaradılıb, onların yemək, yatacaq və sair tələbatları kompleks rəhbərliyi tərəfindən layiqincə qarşılanır.

İsmayıllı İdman Olimpiya Kompleksi nəinki respublikamızda, hətta beynəlxalq sferada böyük rəğbət qazanıb. Məhz bunun üçün idman fedarasiyaları can atır ki, öz yarışlarını burada keçirsin. Kompleksin direktoru Tofiq müəllim kompleksə təşrif buyuran qonaqlara lazım olduğundan çox qayğı və xidmət göstərir, nəticə etibarilə hörmət və izzətlə xatırlanır. Onun haqqında Gənclər və İdman Nazirliyində də müsbət fikirlər əksini tapır. Tofiq müəllim təbii ki, dövlətimizin adını daim yüksək tutmaq üçün ciddi səylər edir, bayrağımızın ən mötəbər kürsülərdə dalğalanması istiqamətində əməli işlər görür.Ötən il İsmayıllı Olimpiya İdman Kompleksi 53 Olimpiya İdman Kompleksi sırasında birinci yer tutub. Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan idman jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı 2016 -cı ilin yekunlarına görə İsmayıllı Rayon Olimpiya İdman Kompleksini “İlin Olimpiya Kompleksi” elan edib.

“Tourd”Azerbaidjan”

Son illər Azərbaycanda velosiped idmanına artan maraq İsmayıllı rayonundan da yan keçməyib. Nüfuzlu “Tourd”Azerbaidjan” veloyürüşünün 2-ci mərhələsinin İsmayıllı rayonunda yekunlaşması, Azərbaycanın velosiped idmanı üzrə müxtəlif yaş qruplarına aid yığma komandalarının məsul yarışlar öncəsi İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışları keçməsi rayonda idmanın bu növünə olan marağı xeyli artırıb. Həm də adıçəkilən kompleks bu istiqamətdə öz nailiyyətləri ilə diqqət çəkir.

Qeyd edək ki, Tourd”Azerbaidjan” Ümummillli lider Heydər Əliyevin anım günü ilə bağlı hər il may ayında (3-10 may) keçirilir. Yarışlarda 20-25 Avropa ölkəsindən iştirakçı olur.

Gimnastikaya xüsusi diqqət

Yüksək səviyyədə dövlət qayğısı və Milli Olimpiya Komitəsinin gərgin əməyi sayəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, bədii gimnastika da diqqətdən kənarda qalmayıb. Xüsusilə də, 2002-ci ilin oktyabrında Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildikdən sonra bu sahədə mühüm canlanma hiss olunmağa başlayıb. Federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası, sözün əsl mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Gimnastikanın bütün növlərinin, o cümlədən də bədii gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycanda bədii gimnastikamızın zəngin ənənələrini davam etdirməyə qadir olan beynəlxalq dərəcəli idman ustası Dinarə Gimatova, üçqat Azərbaycan çempionu Nurcahan Əsgərova, Xədicə Hacıyəhyayeva, Dina Qorina, Valeriya Yeqay kimi perspektivli gimnastlar nəsli yetişməkdədir.
İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastikanın iki bölməsi var. Hər birində 24 idmançı var. İlk dəfə 2013-cü ildə Respublika çempionatı İsmayıllıda keçirilib. Sonradan təlim-məşq toplantıları mütamadi hal alıb. Bu il isə 11 rayonun iştirakı ilə zona birinciliyi keçirilib.

Ağır atletika, cüdo, paraolimpiyaçılar

Ağır Atletika Fedarasiyasının prezidenti Cahangir Əsgərov və Gənclər İdman Naziri Azad Rəhimovun dəstəyi ilə İsmayıllı Olimpiya Kompleksində ağır atletika fedarasiyasının bazası yaradılıb. Respublika və dünya çempionatlarından əvvəl bütün yarışlardan əvvəl təlim-məşq toplantıları məhz burada keçirilir.
Cüdo yığmamızın üzvləri də təlim-məşq toplantılarını İsmayıllıda keçirirlər. Elnur Məmmədli isə buranın daimi qonağıdır.
Azərbaycana həmişə qızıl medal qazandıran paraoliimpiyaçılarımız,o cümlədən sevimlimiz İlham Zəkiyev də təlim məşq-toplantısını İsmayıllıda keçirir.
Karate və diğər idman növləri üzrədə respublika səviyyəli yarışlra ev sahibliyi edən İsmayıllı Olimpiya İdman Kompleksində rəqs qrupu da fəaliyyət göstərir. 2015-ci ildən burada uşaqlara milli rəqs öyrədilir.

Tofiq müəllim deyir ki, kompleks təkcə profesional idmançılara yox, rayon gənclərinin də üzünə açıqdır. Əlillər, şəhid ailəsi üzvlərinə, Qarabağ veteranları buranın xidmətlərindən təmənnasız olaraq istifadə edirlər.

Tofiq Hümbətov deyir ki, gəclərdə idmana maraq oyatmaq borcudur, bu böyük bəlaların qarşısını alır. İdmanla məşğul olan gənc narkomaniya qurşanmır, kriminal ünsürlərin təsiri altına düşmür:”Bizim vəzifəmiz də məhz budur-sağlam gənclik yetirdirmək. Cənab prezident də bizdən məhz bunu tələb edir”.

Sonolay.org Bakı-İsmayıllı-Bakı.
İsmayıllı Olimpiya İdman Kompleksindən bir gün....
İsmayıllı Olimpiya İdman Kompleksindən bir gün....

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin