İslam Oyunları öncəsi Bakıya ərəb axını…Turistlərlə söhbət VİDEOREPORTAJ, FOTOLAR

0
1023

Mayın 12-də start götürəcək VI İslam Həmrəyliyi Oyunlarının başlamasına sayılı günlər qaldığı bu ərəfədə paytaxt Bakı turistlərin gəlişinə hazırlaşır. Artıq paytaxta turist axını başlayıb. Şəhərimizin qonaqları arasında ərəblər üstünlük təşkil edir. Bu səbəblə hazırlıq işləri sürətləndirilib.

Musavat.com olaraq son hazırlıq işlərini işıqlandırmaq üçün biz də Bakının mərkəzi küçələrinə üz tutduq. Diqqətimizi çəkən ilk məqam o oldu ki, şəhərin mərkəzindəki əksər ictimai-iaşə obyektlərinin, kafe və restoranların üzərinə ərəb dilində də adlar və məkanın təyinatı qeyd olunub. Restoranlarda ərəb dilində menyular hazırlanır. İş adamları beynəlxalq yarışların keçildiyi günlərdə gəlirlərini artırmağa hədəfləniblər. Bəzi kafeləri isə ərəb iş adamları icarəyə götürərək, bu mövsümdə Bakıya gələn həmvətənlilərini xidmət göstərməyə çalışırlar.

Turistlərlə söhbət zamanı isə bəlli oldu ki, onları buraya cəlb edən əsas səbəb beynəlxalq yarışlardır. Lakin bakının gözəlliyinə , insanların mehribanlığına heyran olduqlarını da gizlətmirlər.

Şəhərdə hər addımda İslam Həmrəyliyi Oyunlarına aid suvenirlər, oyuncaqlar və müxtəlif nişanların satışına da rast gəlmək mümkündür.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.

Məğrur Mərd
Fotolar və video müəllifindir

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin