“Islam News France”: Heç bir millət, heç bir lobbi erməni vəhşiliklərini dəstəkləyə bilməz

0
652

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün nə zaman real addımlar atılacaq və Azərbaycan vətəndaşlarının həyat təhlükəsizliyi təmin olunacaq?

Trend-in məlumaıtna görə, bu sual Fransanın “Islam News France” müsəlman nəşrindəki məqalədə səsləndirilib.

Məqalədə vurğulanıb ki, heç bir millət, heç bir lobbi erməni vəhşiliklərini dəstəkləyə bilməz.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin